“Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi məkan müəyyənləşib. APA-nın məlumatına görə, Avropa Yayım Birliyinin nümayəndələri və Məşvərət Qrupu müsabiqənin Bayraq Meydanında inşa olunan “Baku Crystal Hall” sarayında keçirilməsinə qərar veriblər.