20 yanvar ərəfəsi “Qorbaçov”u ölkəyə kim gətirib?

Azərbaycanda topdansatışla məşğul olan şirkətlərdən biri 20 yanvar ərəfəsində Azərbaycana “Qorbaçov” araqları idxal edib. Bu barədə “Azadlıq”a adının çəkilməsini istəməyən sahibkarlardan biri məlumat verib.
Onun sözlərinə görə, “Qorbaçov” araqlarının idxalı ona da təklif edilib. Lakin sahibkar razılaşmayıb. “Mən Azərbaycanda qırğın törətmiş bir adamın adını daşıyan araqları ölkəyə gətirmək istəmədim. Milli heysiyyatım buna yol vermədi. Amma bəziləri bunu etdilər”, – deyə sahibkar bildirib. Sahibkar əlavə edib ki, həmin şirkət iri çəkili məmurlardan birinə məxsusdur. Lakin qaynağımız həmin məmurun adını açıqlamaq istəməyib.

Informasiya şöbəsi