Ərdoğan Fransanı irqçilikdə ittiham etdi

Türkiyənin baş naziri “inkar qanunu”na çox sərt sözlərlə qiymət verdi

“Bu ayrı-seçkiliyə qarşı susanlar, təpkisiz qalanlar Avropada faşizmin ayaq səslərini eşitməmək kimi bir günahın altına girirlər”

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ötən gün Fransa Senatında saxta erməni soyqırımı ilə bağlı qanunun qəbul edilməsinə çox sərt sözlərlə münasibət bildirib.
“Fransada qəbul edilən təklif, ayrı-seçkilik, irqçilik, fikir azadlığının qətliamıdır. Bu məsələ bir ayrı-seçkilik, irqçilik məsələsidir” deyən baş nazir bildirib ki, qəbul edilən qanun Türkiyə üçün yox hökmündədir.

Ərdoğanın çıxışından bəzi qeydlər:

İsətr Fransa Milli Məclisində, istərsə də Senatda qəbul edilən bu təklif bizim üçün tamamilə yox hökmündədir. Orta əsrlər zehniyyətinin yenidən xorlatılması mənasını verən bu qərar, açıqca Avropa dəyərlərini ayaqlar altına almaqda, sağlam fikri ortadan qaldırmaqdadır. Bu səhvin kompensasiya ediləcəyinə dair ümidi hələ itirmiş deyilik.

Türkiyə elə böyük bir ölkədir ki, dostluğu böyük bir qazanc olduğu qədər, kiçik insanlar üçün ədavəti də böyük bir qazancdır. Heç kimin “Türkiyə ilə döyüşürəm” deyib qürrələnməsinə fürsət verməyəcəyik. Heç kimin Türkiyə üzərindən siyasi divident əldə etməsinə fürsət tanımayacağıq. Fransa inteelktlərinə səslənirəm. Qəbul edilən bu qanun ictimai irqçilikdir, fikir azadlığı qətliamıdır. Türkiyə ilə düşmənçilik üzərində səs qazanmaq səyidir. Bu, Fransa tarixinə olduğu qədər Avropa tarixinə də haqsızlıqdır.

Bu ayrı-seçkiliyə qarşı susanlar, təpkisiz qalanlar Avropada faşizmin ayaq səslərini eşitməmək kimi bir günahın altına girirlər. Bu məsələ Türkiyə-Fransa məsələsi deyil. Bu məsələ bir ayrı-seçkilik, irqçilik məsələdir. Burada bu ironik nöqtəyə xüsusilə diqqət çəkmək istəyirəm. Sarkozinin ulu babası Osmanlı torpaqlarında doğulub böyümüş biridir. Babası qovulan musəvilərdəndir. Nə qədər Türkiyə düşmənliyi edirsə etsin, nəsli Osmanlıya söykənən tarixilə Türkiyə ilə yolu kəsişən biridir. Sarkozi nə qədər çalışsa da, keçmişini silə bilməyəcək, Osmanlı tolerantlığına kölgə sala bilməyəcək.