{jcomments off}Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc ifaçı Aynişan Quliyeva çəkilmək arzusunda olduğu filmin adını çəkib.
Milli.Az-ın məlumatına görə, o, hesab edir ki, vacib olan – rola girməyi bacarmaqdır. “Melodramada çəkilməyi çox istərdim. Hazırda “Alatoranlıq” ən sevdiyim filmdir. Bu filmin bütün seriyalarına baxmışam. Mən Robert Pattinsonu sevirəm. Bilirəm ki, bu, mümkün deyil. Amma məmnuniyyətlə həmin filmdə çəkilərdim”, – deyə Aynişan Quliyeva Day.Az saytına açıqlamasında bildirib.
İfaçı indiyədək arzuladığı hər şeyə nail olduğunu bildirib: “İnsan bir şeyə nail olmağı çox istəyirsə, istəyinə çatır. Arzularımın 99 faizi reallaşıb. İndi Pattinsonla eyni filmə çəkilməyi arzulayacağam”.