Vicdan məhbuslarından xəbər var

Vidadi İsgəndərlinin kassasiya şikayəti qapalı ola bilər

Şahin Həsənlinin səhhətindəki problemlər isə hələ də qalmaqdadır

“Demokratiya və Vətəndaş Cəmiyyətinin” İnkişafına Kömək İctimai Birliyinin sədri Oktay İsgəndərli ötən gün Qaradağda yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində (CM) saxlanılan hüquq müdafiəçisi Vidadi İsgəndərli ilə görüşüb. Bu barədə “Azadlıq”a O.İsgəndərli məlumat verib.
Onun sözlərinə görə, üç saat çəkən görüş zamanı orada saxlanılan digər vicdan məhbuslarının vəziyyəti ilə də maraqlanıb: “Vidadi bəyi səhhəti normal, əhvalı isə mübarizdir. Görüşdə digər vicdan məhbusları haqda da geniş söhbət etdik. Vidadi İsgəndərli orada saxlanılan vicdan məhbusları Şahin Həsənli və Sahib Kərimovla bağlı yaranmış problemlərdən danışdı. Bildirdi ki, Şahin Həsənlinin səhhətində tez-tez ciddi problemlər yaranır. Şahin Həsənlinin ciddi müalicəyə ehtiyacı və daimi həkim nəzarətində olmasına ehtiyac var. Bundan başqa Sahib Kərimovla və Şahin Həsənlinin dostlarının və partiya yoldaşlarının onlarla görüşə icazə verilməməsidir. Vidadi İsgəndərli bu xoşagəlməz halların aradan qaldırılması üçün vəkillərin, hüquq müdafiəçilərinin və partiya funksionerlərin köməyinə ehtiyac olduğunu bildirdi”.

Oktay İsgəndərli fevralın 15-də Alı Məhkəmədə V.İsgəndərlinin vəkil Yalçın İmanov verdiyi kassasiya şikayətinə baxılacağını söylədi: “Vidadi İsgəndərlinin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsi nəzərdə tutulub. Əslində məhkəmədə onun iştirakı təmin olunmaqla yanaşı proses açıq, demokratik şəraitdə keçirilməlidir və  hüquqi normalara cavab verməlidir. O, hesab edir ki, prosesdə jurnalistlərin sərbəst iştirakı da təmin edilməlidir. Yox əgər yerli məhkəməyə və apelyasiya məhkəməsinə verilmiş siyasi sifariş Ali Məhkəmədə də notarial qaydada təsdiq olunacaqsa, onun və mətbuat işçilərinin iştirakına ehtiyac duyulmayacaq. Vidadi İsgədnərli ona qarşı verilən saxta, qondarma ittihamlar vəkil Xalid Bağırov ilkin məhkəmə prosesində darmadağın edərək ittihamların qanunsuz, şahidlərin isə saxta olduğu tam sübuta yetirib”.
Görüş zamanı hüquq müdafiəçisi açıq məhkəmə prosesində Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, ATƏT-in nümayəndələrinin, ictimai-siyasi şəxslərin və mətbuat işçilərinin iştirak edəcəyindən ehtiyat edən Ali Məhkəmə bu prosesin tez qurtarılmasını, onun prosesdə iştirakını istəmədiyini vurğulayıb: “Məhkəmə prosesində rüsvayçı ittihamların yenidən mətbuatda işıqlandırılması, ölkədə müstəqil ədliyyə sisteminin olmamasını sübut edəcək, demokratik imici olmayan Azərbaycana əlavə bir zərbə olacaq. Bütün göstərilən bu hüquqi-məntiqi faktlar onu deməyə əsas verir ki, hakimiyyət məhkəmənin qapalı və tez bir zamanda başa çatdırılmasını istəyir”.

Ramin DEKO