Yanvarın 10-dan 11-nə keçən gecə bıçaqlanan və ötən gecə yenidən eyni hadisə ilə üzləşən teleaparıcı Ulvira Qarayevanın həyat yoldaşı, meyxanaçı Tərlan Dağlının (Mustafayev) başına gələnlər gündəmdə olan xəbərlərə başçılıq edir.
Milli.Az-a eksklüziv açıqlama verən Ulvira, həyat yoldaşının hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə olduğunu təsdiqləyib, baş verənlərə belə münasibət bildirdi:
“Biz Tərlanla yanvarının 10-dan etibarən bir yerdə yaşamırıq. Onun aramsız xahişlərinə baxmayaraq, yenidən barışmaq kimi niyyətim yoxdur. Sadəcə, insani borcumu yerinə yetirdim və birinci dəfə bıçaqlananda yanında oldum. Olub ki, yarasının sarğısını belə özüm dəyişmişəm. Psixoloji dəstəyim də öz yerində. Həyatını davam etdirməsi üçün əlimdən gələni etmişəm. Hətta tikişləri sökülmüşdü və həkimlər təsdiqləyərlər ki, mən onu yenidən xəstəxanaya aparmışdım. Ayaqüstə qalxması üçün bacardığımı etdim.
Bədənindəki tikişlər ötən həftənin dördüncü günü sökülməli idi. Dünən mənə zəng etdi ki, xəstəxanaya onunla gedim. Mən isə anamla bəzi işlərimizi həll etmək üçün gedəcəyimi deyib, razı olmadım. Hadisənin baş verməsini bu səhər işə gedəndə saytlardan oxudum. Nə deyim, əlimdən gələni etdim onun üçün. Təkrarçılıq kimi çıxmasın, o məni qaytarmaq üçün bütün yollara əl atmağa hazırdır. Başa düşmək istəmir ki, canına qəsd etməklə mənimlə barışa bilməyəcək”.
***
{jcomments off}
Aparıcı Ulviranın ərini yenə bıçaqladılar
ANS-in “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı yenidən bıçaqlanıb. Bu barədə Tia.az-a Klinik Tibbi Mərkəzdən bildirilib.
Məlumata görə, ötən gecə Bakı şəhər sakini, 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsindən bildirilib ki, hadisə ötən gecə rayonun Şərifzadə küçəsi ev, 1 ünvanının qarşısında qeydə alınıb. T. Mustafayevin kimin tərəfindən bıçaqlandığı isə hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, T. Mustafayev son bir ayda artıq ikinci dəfədir bıçaqlanır. O, yanvarın 10-da naməlum şəxslər tərəfindən bıçaqlanmışdı. Ağır bıçaq xəsarətləri alan T. Mustafayev bir neçə gün əvvəl xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, bıçaqlanan T. Mustafayev Tərlan Dağlı kimi tanınan meyxanaçıdır.