Rumıniya Xarici İşlər naziri bloq yazdı, istefaya göndərildi

Rumıniyanın Xarici İşlər Naziri Teodor Bakonski etiraz edən nümayişçiləri təhqir etdiyi üçün istefaya göndərilib.

“Azadlıq”-ın İtar-Tass-a istinadən verdiyi məlumata görə Bakonski öz şəxsi bloqunda prezident Trayan Beseskunun istefasını tələb edən müxalifətçiləri İona İlieskunun “baş gizir və leytenantları” adlandırıb. O həmçinin “dezinformasiya və propaqanda ilə silahlanmış avaralar”, “Yeni Rumıniyalayihəsi”nin yaradılmasına mane olan “keçmişin qalıqları” ifadələrini işlədib. Rumıniyanın baş naziri Bok: “Mən Bakonskinin istefası qərarını verdim. Onun nümayişçilər haqqında dediyi ifadələr üçün üzr istəyirəm.”