Ölkə başçısı İlham Əliyev Dağlıq Qarabağ danışıqları üçün yollandığı Soçi səfərini yenə də xizək sürməklə başa vurub. O, Rusiya prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyan birgə görüşündən sonra Dağ Xizəksürmə Mərkəzində olublar. İlham Əliyevlə Dmitri Medvedev mərkəzdə xizək sürüblər. Fotolarda Sarkisyan da mərkəzə onlarla birgə daxil olur, lakin xizək sürmə meydanında həmkarlarının yanında görünmür.