Bəşər Əsəd Ərəb Liqasının təklifini rədd etdi

Ərəb Liqası xarici işlər nazirlərinin 22 yanvar toplantısında Bəşər Əsədin səlahiyyətlərinin müavininə ötürülməsi qərarı qəbul edilmişdi. Keçid planı kimi 2 ay  ərzində mill birlik hökümətinin formalaşdırılması, yeni seçkilərin keçirilməsi nəzərdə tutulmuşdu. Suriya höküməti planı ölkənin daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirərək, rədd edib.
Ərəb Liqasının Bəşər Əsədə müxalifətlə danışıqlara getmə təklifi Suriyada Yəmən modelinin tətbiqinə hesablanıb. Artıq bir aydır ki, Ərəb Liqasının müşahidəçiləri Suriyada monitorinq aparır. Ancaq hələ də qarşıdurma dayandırılmayıb. Monitrinq qrupunun vaxtının uzadılması haqda yeni qərar yoxdur.