Bu gün Rusiyanın Soçi şəhərində “Krasnaya Polyana” iqamətgahında Rusiya prezidenti Dmitri Medvedev və Azərvaycanın dövlət başçısı İlham Əliyevin iştirakı ilə “Qazprom”un sədri Aleksey Miller və ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan qazının alqı-satqısı ilə bağlı müqaviləyə əlavə imzalayıblar.”Qazprom”un rəsmi saytında yerləşdirilən məlumata görə, sənədə uyğun olaraq 2012-ci ildə Azərbaycandan alınacaq qazın həcmi ildə 1,5-dən 3 mlrd kub metrə, 2013-cü ildən isə 3 mlrd kub metrdən artıq olacaq.
Müqaviləni ANS-ə şərh edən R.Abdullayev “Müqaviləni bizə çox xeyirli şərtlərlə bağladıq” deyə bildirib. ARDNŞ şefi müqavilənin şərtləri barədə əlavə heç nə deməyib.