AXCP-də ali orqanlara seçki keçirildi, Əli Kərimli özünə yeni müşavir təyin etdi
AXCP-nin Ali Məclis ötən gün Müsavat Partiyasının ofisində 2012-ci ildə ilk sessiyasını keçirdi. Sessiyanın gündəliyində Ali Məclisə və Rəyasət Heyətinə (RH), Nəzarət Təftiş Komissiyasına (NTK) yeni üzvləri seçkisi, 2012-ci il üçün fəaliyyət proqramının müzakirəsi kimi məsələlər vardı.
Vakansiyalar
Ali Məclisə 5, Rəyasət Heyəti və NTK-nin 2 vakant yeri üçün alternativlər olmaqla seçki keçirildi. Seçki gərgin, demokratik şəraitdə baş tutdu. Əvvəlcə namizədlərin təqdimatı oldu. Hər namizəd özü barədə arayış verdi, onlar haqda əqidədaşları da fikrini bildirdi.
Vicdan məhbusuna yüksək etimad
Səsverməni 5 nəfərdən ibarət seçki komissiyası keçirdi. Səvermə gizli formada oldu. Məclisə namizədlərin sayı 9 nəfər idi. Səsvermənin nəticələrinə görə, Afət Baxşıyeva, Nüşabə Qafarlı, Rəsul Mirhəşimli , Mənsur Cəbrayılov, Elnur Məcidli məclis üzvü oldular. Səsvermədə ən parlaq nəticəni hazırda məhbəs həyatı yaşayan vicdan məhbusu Elnur Məcidli qazandı.
AXCP-də yeni müşavir

NTK-dakı vakatnt yerləri isə tanınmış vəkil Fəxrəddin Mehdiyev və Sevda Talıblı tutdular. RH-yə isə üç nəfər mübarizəyə qatıldı: AXCP sədrinin müşaviri Asif Yusifli, məclis üzvü Məmməd Ibrahimli və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı. Seçkinin nəticələrinə görə M.Ibrahim RH-dən kənarda qaldı. Lakin AXCP sədri Əli Kərimli dərhal onun partiya quruculuğunda xidmətlərinə görə müşavir təyin edilməsi barədə qərarını açıqladı.
Təşkilati məsələlər sonuclanandan sonra AXCP sədri Əli Kərimli partiyanın qarşısındakı vəzifələr və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı məruzə etdi.
2011-in uğurları
AXCP sədri 2011-ci il bardə qısa dəyərəndirmə edərək dedi ki, ötən il Azərbaycan müxalifəti güclənib və hakimiyyətə təlaş yaşada bildi: “Bizi siyasi səhnədən silmək istədilər. Ancaq özləri bizim mübarizəmiz nəticəsində xalqın ayağına getdilər”.
2011-ci ilin mühum nəticələrindən biri kimi natiq Ictimai Palatanın fəaliyyətini qeyd etdi. O dedi ki, bu təsisatın yaradılmasında AXCP üzvləri böyük əmək sərf edib və bu, nəticəsiz qalmayıb; artıq əksər beynalxalq təşkilatlar və ictimaiyyət IP-ı hakimiyyətə qarşı alternativ sayırlar.
2012 nə vəd edir?
2011-i dünyada demoktarik dəyişiklər üçün əlamətdar sayan AXCP sədri dedi ki, ərəb ölkələrindəki inqilablar Azərbaycandakı sülalə rejiminin də dağılmağa məhkum olduğunu göstərir: “ Bizim 2011-ci ildə fəaliyyətimiz müəyyən dinamizmlə keçib, 2012-ci il isə ümid və perspektiv vəd edən, ağır bir il olacaq. Bir tərəfdən “ərəb baharı”nı “Rusiya qışı” əvəzləyir. Digər tərəfdən Iran ətrafında gərgilik var. Regionumuz dünyanın diqqətində olacaq”.
2012-ci ildə görüləcək işlərə toxunan AXCP lideri ilkin olaraq IP-nın təmərküzləşməsinə ehtiyac olduğunu ifadə etdi. O dedi ki, IP-dən kənarda qalan və demokratikləşmə üçün çalışa qüvvələrlə də səmərəli əlaqələr yaradılmalı və beləliklə bütün narazı kəsimin bir müstəvidə birləşməsinə nail olunmalıdır.
AXCP rejimin əzdiyi bütün insanların yanındadır
Əli Kərimli bildirdi ki, artıq cəmiyyətdə ayrı-ayrı təbəqələr – ziyalılar və ağır şərtlər altında yaşayan sosial qruplar narazılığını ifadə etməyə başlayıb. Gözlənilir ki, bu hərəkətlilik 2012-ci ildə daha da arsın. Buna görə o, cəbhəçilərin evləri kompensasiya ödənilmədən sökülən, taksi fəaliyyətinə qadağa qoyulan minlərlə vətəndaşların hüquqları uğrunda mübarizəsini təqdir etdi və dedi ki, bu insanların müdafiəsi üçün AXCP gərəkən bütün addımları atmağa hazırdır.
Təşkilatlanma ili
2012-ci ili AXCP üçün təşkilatlanma ili olduğunu söyləyən natiq bunun üçün çox münbit şərait olduğunu da sessiya üzvlərinə çatdırdı. O dedi ki, ölkədə böyük işsizlər ordusu var və bu ordu hər dəfə Ilham Əliyevin yeni iş yerlərinin açılması barədə yalanlarını eşidib rejimə qarşı daha da qəzəblənirlər. Işləyənlərin nəzərəçarpan kəsimini təşkil edən müəllim və həkimlər ölkədə böyük pul ehtiyatının olmasına rəğmən, aşağı əməkhaqqına görə kəskin narazıdırlar. Iş adamlarına isə hakimiyyət sözün əsl mənasında divan tutur. Əli Kərimlinin sözlərinə görə. korrupsioner hakimiyyətlə ortaqlıq edib özlərinə dolanışıq imkanı yaradan məmurlar özləri də çox narahat və narazıdırlar. Çünki onlar bir gün qapılarının qəfildən döyülüb yığdıqları bütün sərvətlərinin əllərindən çıxmasından əmin deyillər. Partiya sədri dedi ki, bütün bu faktorlar təşkilatın inkişaf etdirilməsi üçün böyük əhəmiyyət daşıyır.
“Yüzlərlə insan bizi seçir”
AXCP sədri məmnunluqla onu da qedy etdi ki, rejimin repressiyalarına, təqib və təzyiqlərinə baxmayaraq seçdikləri kursun düzgünlüyünə görə insanların partiyaya axını dayanmır. Təkcə ötən ildə AXCP-nın Bakı şöbələrinə 600-dan çox üzv qəbul olunub. Yeni üzvlər arasında gənclərin üstünlük təşkil etməsini də o, əhəmiyyətli məqam kimi qiymətləndirdi.
Əli Kərimli dedi ki, 2012-ci ildə partiya elə bir həddə qədər inkişaf etdirilməlidir ki, onun intellektual, mənəvi və texniki resursları ölkədə köklü dəyişiklər, demokratiya, azadlıq uğrunda başlanacaq xalq hərakatına lokomotivlik edə bilsin.
AXCP sədri təşkilatlanma və təbliğat işlərinin aparılması üçün məclis üzvlərinə internetin imkanlarından səmərəli istifadə üçün də tövsiyələrini verdi.
Aksiyalara hazırlaşın!
Çıxışının sonunda AXCP sədri yaxın müddət üçün partiya üzvləri qarşısında duran ciddi vəzifələr barədə də xatırlatma etdi. O bildirdi ki, narazı xalqın özünün nə vaxtsa meydana çıxmasını gözləmək sadəlövhlük olardı. Bunun baş verməsi üçün şəxsi nümunələr gərəkdir. “Belə şəxsi nümunələrin yaranması üçün yazda kütləvi aksiyalara başlamağı prioritet elan etməliyik”, deyə AXCP sədri bildirdi. O dedi ki, aksiyalar vasitəsi ilə vicdan məhbuslarının azadlığa qovuşmasına, daha sonra isə demokratiyaya gedən yolun açılmasına nail olunmalıdır.
Partiya sədrinin çıxışından sonra ictimai-siyasi durum haqqında çıxışlar dinlənildi. Ən sonda məclis “ 2012-ci il üçün fəaliyyət proqramı”nı müzakirə edərək qəbul etdi.
Natiq


