Nazir otel sahiblərinə nömrə satmağı qadağan edib
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev “Eurovision” ərəfəsində Bakıdakı otellərə nömrə satmağı qadağan edib. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Əbülfəz Qarayev otel rəhbərləri ilə görüşdə bildirib ki, nömrələr Mədəniyyət və Turizm Nazirliyinin nəzarətində olan Azərbaycan Turizm Assosasiyası tərəfindən satılacaq. Əbülfəz Qarayev bunu bahalaşmanın qarşısını almaqla izah edib.
Məlumatlarda deyilir ki, əslində bahalaşma bəhanədir. Çünki hər hansı ölkədə bu tip yarışmalar olanda otellərdə qiymətlər avtomatik qalxır. Məsələn, ötən il “Eurovision”la bağlı Almaniyada otellərdə qiymətlər rekord səviyyəyə çatmışdı. Lakin heç kim buna irad tutmadı.
Məlumatlarda deyilir ki, burada məqsəd otellərdən gəlir götürməkdir. Yəni, Assosasiya otel nömrələrini aşağı qiymətdən alıb baha qiymətə satmaq istəyir. Bildirilir ki, Əbülfəz Qarayevlə razılaşmayanlar növbəti ildə lisenziya ala bilməyəcəkləri ilə hədələnirlər. Həmçinin onlara bildirilir ki, bu işlər Mehriban Əliyevanın birbaşa nəzarəti altındadı.
Qərarla razılaşmamaq Mehriban Əliyevaya qarşı çıxmaq deməkdir.
Informasiya şöbəsi