AXCP sədrinin Əliyevlərə tənəsi Türkiyə mediasında

İctimai Palatanın Türkiyəyə münasibətdən narahatlığı qardaş ölkədə diqqət çəkib

AXCP sədri Əli Kərimlinin İctimai Palatanın Fransada saxta erməni soyqırımı ilə bağlı qanunun qəbuluna hazırlıq fonunda Azərbaycan-Türkiyə münasibətlərinə həsr etdiyi 19 yanvar tarixli dəyirmi masadakı çıxışı Türkiyədə əks-səda doğurub.

Türkiyənin “haberx.com” internet qəzeti “Azərbaycan müxalifətindən Əliyev və Fransaya “soyqırım” təpkisi” başlığı ilə məlumat hazırlayaraq AXCP sədrinin çıxışını yayıb. Çıxışı Türkiyə türkcəsinə internet qəzetdə müəllif yazıları ilə çıxış edən tanınmış yazar Cahit Kılıç uyğunlaşdırıb.
Qəzet Əli Kərimlinin bu fikirlərini yazının başlığına çıxarlb: ”Əliyev ölkə mənafeyini deyil, ailə mənfəətini güdür. Türkiyəyə qarşı hazırlanan hər hansı layihə Azərbaycanı da hədəf almış olur. Əgər bu layihə qanun halını alsa, bilinməlidir ki, Azərbaycanı da vuracaq”.

Məlumatda isə qeyd olunur ki, Azərbaycanda bütün müxalif güclərin yaratdığı İçtimai Palatanın son olaraq “Fransa Senatının demokratiya, Azərbaycanın isə Türkiyə ilə qardaşliq sınağı” mövzusunda təşkil etdiyi toplantıda danışan AXCP sədri Əli Kərimli Fransa və Əliyev ailəsini çox sərt dildə tənqid edib.
Daha sonra AXCP sədrindən sitat olaraq “İqtidardakı Əliyev ailəsinə haradan kiçik bir dəstək, ya da mükafat verilsə, o dəstək və ya mükafat Azərbaycanın və ya Türkiyənin milli mənafeyinin ailə tərəfindən satılmasına yetir!” sözləri qabardılır və onun çıxışından götürülmüş hissə təqdim olunur.

Yazının sonunda İctimai Palata haqqında qısa məlumat və Türkiyə mediasının rəsmi Bakının Fransa qarşısında səssizliyini tənqid edən məqalələrini Azərbaycan demokratik ictimaiyyətinin məmnunluqla qarşıladığı qeyd olunur.

“Haberx.com”un yaydığı məlumat Türkiyənin bəzi başqa saytlarında, o cümlədən Avropa Birliyi-Türkiyə məlumat şəbəkəsinin saytında (ABHaber.com) tirajlanıb.

“HABERX.COM”un HAZIRLADIĞI MƏLUMAT

Tirajlayıb: Avropa Birliyi-Türkiyə məlumat şəbəkəsi; Siyasət və Düşüncə internet qəzeti

Həmçinin bax: İCTİMAİ PALATANIN DƏYİRMİ MASASINDAN REPORTAJ