ABŞ prezidenti Barak Obama seçki kampaniyası üçün ianə toplanması məqsədilə keçirilən bir gecədə ifa bacarığını nümayiş etdirib. New Yorkdaki ünlü “Apollo Teatr”da təşkil olunan tədbirdə çıxış üçün kürsüyə qalxan Obama qısa bir girişin ardından lirik musiqinin əfsanə ismi Al Greenin klasikləşmiş “Let’s Stay Together” (Birlikdə qalaq) adlı mahnısından qısa bir parça ifa edib. Tədbirə qatılan 1400 nəfər Obamanı ifasına görə alqış selinə qərq edib.
Toplanan ianəyə gəlincə, gecəyə qatılanların 100-200 dollar arasında yardım göstərdiyi bildrirlir.