Misirdə parlament seçkilərinin yekun qərarı açıqlandı
İslamçı partiyalar tam üstünlüyə sahib olub. Müsəlman qardaşlarının yaratdığı “Azadlıq və Ədalət” partiyası 47% səs yığaraq, 498 yerdən 235- alıb. İkinci yeri 24% səslə islamçı mövqeyi ilə tanınan “Ən-nur” partiyası tutub. Liberal yönlü “Vəfd” partiyası cəmi 9% səs alıb. Bundan başqa 10 deputat yeri seçkidən kənar müəyyən edilir. Onları Misirin Ali Hərbi Şurası seçir. Misirdə parlament seçkiləri keçən ilin 28 noyabrında başlamışdı. 3 mərhələ keçərək 2012-də yekunlaşdı.


