Məhərrəm Talıbov donuz ətini mal ətinə qatıb Naxçıvan bazarında satdırır
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovdan “Azadlıq”a şikayət daxil olub. Şikayətçilər adlarını açıqlamır. Bunu özlərinin və ailələrinin təhlükəsizliyilə izah edirlər.
Onlar bildirirlər ki, Məhərrəm Talıbovun fermasında çalışıblar. Şikayətçilərin sözlərinə görə, Məhərrəm Talıbov onlara deyirmiş ki, fermada saxladığı donuzların ətini dana ətinə qatsınlar: “Biz verilən tapşırığı yerinə yetirirdik. Donuz ətini mal ətinə qatırdıq. Məhərrəm Talıbov da bu əti Naxçıvan bazarında satdırırdı. Həmçinin bu ət yeməkxanalara verilir. Hətta bəzən bu ətdən yeməklər bişirtdirib toylara və yas məclislərinə məcburi şəkildə göndərirlər. Onlar camaatın belə əti yeməsindən sanki həzz alırlar”.
Şikayətçilərin sözlərinə görə, donuz və mal ətinin qarışığı Iran və Türkiyəyə də aparılır. Məhərrəm Talıbov işçilərinə də zülm edirmiş: “Bizimlə insan kimi rəftar etmirdi. Işlədib pulumuzu vermirdi, işgəncələrə məruz qoyurdur. Ona görə də biz Naxçıvandan qaçıb Bakıya gəlmişik”.
Şikayətçilər deyir ki, Bakıda da yaşamağa ehtiyat edirlər. Bu baxımdan fürsət düşən kimi Rusiyaya gedəcəklər.
Azad