PKK-ya televiziya şoku

Danimarkada terror təşkilatı PKK-ya aid “Roj” telekanalının “Eutelsat” peykindəki yayımı dayandırılıb. Buna Kopenhaqen məhkəmkəsinin verdiyi “Roj TV PKK-nın orqanıdır” qərarı səbəb olub.
Qərarda PKK-nın terror təşkilatı olduğu, “Roj TV”dən təbliğ vasitəsi kimi istifadə etdiyi, insanları terrora sövq etdiyi, kanala PKK tərəfindən nəzarət edildiyi və maliyyə dəstəyi verildiyi öz əksini tapıb.