Ancaq nazirliyin açıqlamasında terrorun konkret kimə qarşı hazırlandığı açıqlanmır
MTN həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanıb.
MTN-in Ictimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, Azərbaycan vətəndaşları – Əliyev Rasim Fərail oğlu, Hüseynov Əli Əlihəmzə oğlu, habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda Iran Islam Respublikasının Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əlisəfa oğlu və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparıb və bu məqsədlə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək Iran istiqamətindən Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib Azərbaycana gətirmiş və digər hüquqazidd əməlləri törədiblər.
Müəyyən edilib ki, Iranın xüsusi xidmət orqanları ilə əlaqədədir. olan Balaqardaş Dadaşov Ərdəbil şəhərində yaşadığı mənzilində 2011-ci ilin avqust ayında qaynı Rasim Əliyev ilə növbəti görüşü zamanı sonuncuya Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin həyatına sui-qəsd törədilməsini sifariş edib və bu işin müqabilində Rasim Əliyevə 150 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib.
Rasim Əliyev bu təkliflə razılaşdıqdan sonra Balaqardaş Dadaşov ona sui-qəsd ediləcək şəxslərin fotoşəkllərini, habelə onların Bakı şəhərində işlədikləri və yaşadıqları ərazinin plan-sxemini və idarə etdikləri avtomaşınların fotoşəkilini təqdim edib. Balaqardaş Dadaşov terror aktının həyata kecirilməsi məqsədilə müəyyən hazırlıq işlərinin aparılması üçün Rasim Əliyevə ayrı-ayrı vaxtlarda ümumilikdə 9 min 300 ABŞ dolları məbləğində pul verib.
Onu da qeyd edək ki, MTN zərərsizləşdirdiyi dəstənin konkret kimə qarşı terror hazırladığını açıqlamayıb.