Kəmaləddin Heydərova məxsus media quruluşları əlindən alınır
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov nəzarətində olan media quruluşlarını itirmək təhlükəsilə üzləşib. Bu barədə “Azadlıq”a daxil olan məlumatlara görə, artıq “fövqəlnazir”ə məxsus iri media quruluşlarında vergi yoxlamaları başlayıb.
Məqsəd bundan Kəmaləddin Heydərova təzyiq kimi istifadə edib onu geri oturtmaqdır. Məlumatlarda deyilir ki, bütün bunların arxasında hakimiyyətdəki Paşayevlər qrupu dayanır. Onların Kəmaləddin Heydərovu hədəf seçməsi 2013-cü il prezident seçkisi ilə izah edilir. Paşayevlər “fövqəlnazir”i 2013-cü ildə Ilham Əliyev namizədliyini irəli sürməyəcəyi təqdirdə hakimiyyətdəki Naxçıvan klanının namizədi kimi görür. Bu cür düşünən Paşayevlər indidən Kəmaləddin Heydərovu zərərsizləşdirməyə çalışır.
Informasiya şöbəsi