Heydər Əliyevə görə daha 5 milyon dollar getdi

«ATA Holdinq» Moldovada qaqauzlar üçün Heydər Əliyevin adını daşıyan idman kompleksi tikəcək

“Tezliklə Qaqauzda böyük bir idman kompleksi tikiləcək. Bu kompleks Moldovoda ən böyüklərdən biri olacaq”.
Bunu Qaqauzun baş naziri Mixail Formuzal jurnalistlərlə görüşündə bildirib. Formuzal onu da qeyd edib ki, artıq tikinti üçün yer ayrılıb və investorların yerə baxış keçirəcəyini gözləyirlər. Mixail Formuzalın dediyinə görə, tikinti işlərinə aprel ayından başlanacağı gözlənilir.
“Ilk növbədə qapalı stadionun tikintisinə başlanılacaq. Bundan əlavə, kənarda digər bir stadion və otel tikiləcək”-, deyə Formuzal bildirib.
Formuzal onu da qeyd edib ki, bütün bunlar azərbaycanlı investorların hesabına tikilib başa gələcək. Yüngül atletika maneji ilə birgə böyük bir kompleks olacaq.
Qərara alınıb ki, kompleksə Azərbaycanın eks-prezidenti Heydər Əliyevin adı verilsin.
Qaqauz rəsmisi investorun adını da çəkməyi unutmayıb.  O, bildirib ki, kompleksi “ATA Holding” maliyyələşdirəcək və ilkin olaraq ora 5 milyon dollar sərmayə qoyacaq.

Mürsəl