Alman polisi Şimali Koreya səfirini həbs etdi

Almaniya polisi Şimali Koreya səfirini balıq ovunda həbs edib. Bu haqda “Şpiqel” xəbər verir.
Səfiri Berlinin Şpandau rayonunda Xafel çayında balıq tutarkən saxlayıblar. Polis balıq ovu üçün lisenziya tələb edərkən o, diplomatik vəsiqəni göstərib. Səfirdən əvvəllər də lisensiyasız balıq ovunu dayandırmağı tələb ediblər. Lakin o, buna əhəmiyyət verməyib.
Almaniyada lisensiyasız balıq ovu böyük cərimə və iki ilədək həbslə cəzalandırlır. Səfirin diplomatik toxunulmazlığı olduğundan protokol tərtib edərək azad etməyə məcbur olublar.

İnformasiya şöbəsi