Hakimiyyətə virtual zərbə Türkiyə mediasında

“İsrailin müttəfiqi Əliyevə Şeytanlı xəbərdarlıq”

Azərbycanda bir neçə gün qabaq rəsmi və yarımrəsmi bir neçə saytın haker hücumuna məruz qalması qonşu Türkiyədə əks-səda doğurub. Türkiyənin “Star” qəzeti Azərbaycanda dövlət qurumlarının kiber hücumla üzləşdiyini xəbər verərək bunu rəsmi Bakının İsraillə əlaqələri baxımından izah edir.
Məqalədə deyilir: “İsraillə müttəfiqlik edən yeganə müsəlman ölkəsi olduğu üçün Azərbaycanda dövlət qurumları kiber hücumun hədəfi oldu. Daxili İşlər və İnformasiya nazirlikləri ilə yanaşı iqtidar partiyasının da saytları dağıdıldı. Daxili İşlər Nazirliyinin saytına İsrail prezidenti Şimon Peres və Azərbaycan prezidenti İlham Əliyevin əl sıxdıqları şəkli yerləşdirildi.  Peresin başı üzərində onlara gülümsəyən Şeytan fiquru vardı.
İqtidar partiyası saytında da Əliyevə “Yəhudilərin xidmətçisi” adlandırıldı. Mesajda ayrıca ərəb baharının devirdiyi liderlərin aqibətləri xatırladılaraq, Əliyevin sonunun da eyni olacağına eyham vuruldu. Azərbaycan səlahiyyətliləri hücumu ölkə liderinə təhqir olaraq qiymətləndirib araşdırmaya başlatdı”.