Obama Əsədi istefaya məcbur edəcəyini dedi

ABŞ prezidenti Barak Obama Suriyada hökumət əleyhinə aksiyalarda iştirak edənlərin öldürülməsi və repressiyaya məruz qalmalarının davam etməsinin qəbuledilməz olduğunu söyləyib. Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, Barak Obama deyib ki, ABŞ diplomatik vasitələrlə Suriya prezidenti Bəşər Əsədin və onun yaxın ətrafının istefasına nail olmağa çalışır.
Barak Obama söz verib ki, ABŞ beynəlxalq təzyiqlərlə Bəşər Əsədin istefasına nail olacaq. O, Vaşinqtonda İordaniya kralı II Abdulla ilə görüşdə deyib ki, Suriyadakı hazırkı rejimin getməsi üçün lazımi beynəlxalq təzyiq və şərait yaratmaq məqsədi ilə İordaniya ilə sıx məsləhətləşmə aparırlar.