{jcomments off}Müğənni Sevinc Məmmədova türkiyəli həmkarı Hadisənin mahnısını oxuyub
Day.Az saytı xəbər verir ki, söhbət “Superman” mahnısından gedir.
“Bu mahnını eşitdiyim gündən bəyənmişdim. O, səsimə də uyğun idi və onu “oğurlamaq” qərarına gəldim. “Superman”i yalnız tədbirlərdə oxuyuram”, – deyə Sevinc bildirib.
İfaçı yeni mahnı üzərində işlədiyini də söyləyib. O, həmin mahnını iki variantda təqdim edəcək: “Bu lirik mahnı “Sus” adlanır. Onu müğənnilərimizdən biri ilə duet şəklində də ifa etməyi düşünürəm. Duet ortağımın kim olacağını, hələ ki, sirr saxlayıram”.