Almaniyanın mavi qaz bazarının 1/5-ə nəzarət edən RWE AG şirkəti Nabukko kəmərinin inşasından imtina edə bilər. Bu haqda “The Wall Street Journal” dərgisinə şirkətin sədri Yurqen Qrosman müsahibə verib. “RWE üçün prioritet məsələ minimal investisiyalarla təbii qazın Almaniyaya çatdırılmasıdır. Beləki şirkət borcları üzündən ixtisara gedir. 2011-də alman hökümətini dinc nüvə proqramına mənfi reaksiyası şirkəti çətin vəziyyətə salıb.” RWE rəhbərliyi qazı başqa kəmərlərdən almağa məmnun olardı.
Almaniya Nabukkodan çıxa bilər
•


