Türkiyə höküməti ölkənin cənub-şərqində yerləşdirilən raket əleyhinə radiolokasiya stansiyasının işə düşdüyünü bəyan edib. Malatyada yerləşən hərbi bazanın xidməti personalı amerikanlar olacaq. Səbəb kimi türklərin bu sahədə mütəxəssislərinin olmamasıdır. Türkiyə XİN nümayəndəsi: “Komanda mərkəzində türk personalı da təmsil olunacaq. Alınan məlumatlar Türkiyə hökümətinə bildiriləcək.” Türkiyə ərazisində NATO radar sisteminin yerləşdirilməsi keçən ilin sentyabrında razılaşdırılmışdı.
Türkiyə NATO radarını işə saldı
•