Avropa Parlamentinə keçirilən seçkilərdə yeni sədr seçilib. Bu sosial-demokrat fraksiyasının üzvü, Almaniyadan deputat Martin Şultsdur. O, 670 səsdən 387-ini toplayaraq Avroparlamentin polşalı sədri Yeji Buzeki əvəz edib. Yeni sədrin qarşısında duran vəzifə avrozonanı böhrandan çıxarmaqdır. Şults ətrafında ən qalmaqallı hadisə 2003-cü ildə baş vermişdi. O zaman İtaliya baş naziri Silvio Berluskoni onu “konslaqer mühafizəçiliyinə ideal namizəd” adlandırmışdı. Konflikt sonradan Qerhard Şreyder tərəfindən yoluna qoyulsa da, Berluskoni üzr istəməmişdi.
“Konslaqer mühafizəçisi” Avroparlamentin sədri seçildi
•