Kipr türklərinin lideri Rauf Denktaş yanvarın 15-də Levkoşanın Cümhuriyyət Parkında dəfn edilib. Vida mərasimində Türkiyə prezidenti Abdulla Gül, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Türkiyə baş naziri Rəcəb Teyyub Ərdoğan da iştirak edib.
Şimali Kipr Türk Respublikasının qurucusu və birinci prezidenti Rauf Denktaş yanvarın 13-də vəfat edib.
1924-cü il yanvarın 27-də Kiprin cənubunda anadan olan Rauf Denktaş Lefkoşa İngilis Məktəbini bitirib, daha sonra İngiltərədə hüquq təhsili alıb. Ömrünü Kipr türklərinin milli mücadiləsinə həsr edən Rauf Denktaş 1983-cü ildə elan olunan Şimali Kipr Türk Respublikasının prezidenti postunu 2005-ci ilədək tutub














