Regionda çox dəhşətli presedentlərin əsası qoyulur
Azərbaycanın rəsmi saytlarının dağıdılmasının İran hakerlərinin işi olduğuna dair ehtimallar artır. Sən demə pirates-crew adlı Azərbaycan haker qrupu da varmış və bu qrup bir müddət əvvəldən başlayaraq İranın bir sıra rəsmi və yarımrəsmi saytlarını vurmaqla məşğul imiş.
Qrupun saytında (http://pirates-crew.org/) bu barədə belə yazılır:
“İrana qarşı Cyber ataklar Bütün Gücü ilə Davam edir. 2012-01-16.
Pirates Crew Bütün qrup olaraq İranın bizə qarşı baş qaldırmasının cavabını tək tək alırlar. Almağada davam edirlər. Dayanmadan ardı-arası kəsilməyən Cyber ataklarımızla bizi izləməyə davam edin, çünki oyun daha yeni başladı”.
Pirates tərəfindən məruz qalmış İran saytları:
http://abadan-its.ir
http://abrishamcity.com
http://store.mylinkdon.com
http://spor.maraton.ir
http://tehrantomer.ir
http://yaghootgas.ir
http://sirvanasanro.ir
http://www.gaem-co.ir
http://printpasargad.ir
http://urumkala.ir
http://ns1.ircup.ir
http://tehran.2kaj.ir
http://www.citco.ir
http://hj-shahvar.ir
http://iranscreen-co.ir”
Azərbaycan haker qrupunun dövlətin nəzarətində olub olmadığını söyləmək çətindir. Ümumiyyətlə, bu haker qrupu əvvəldən var idimi və onun İran saytlarına qarşı əməliyyatları olmuşdumu? Bu suallar bir müddət sonra təbii ki, aydınlaşacaq.
Hələlik, yalnız bir sualın cavabı var ki, bu haker qrupu Azərbaycan dilini o qədər də yaxşı bilməyən adamlardan ibarətdir. Onların müraciət və məlumatlarında çox ciddi səhvlər var.


