Medvedev qubernator seçkilərini bərpa edir
Rusiya prezidenti Dmitri Medvedev qubernator seçkilərini geri qaytarır. Bu barədə “Kremlin.ru” saytı məlumat yayıb.
Yeltsin dövründə ümumxalq səsverməsi ilə seçilən federal əyalətlərin qubernatorları Putin dönəmində prezident fərmanı ilə təyin olunurdu. İndi yenidən tətbiq olunacaq dəyişikliklərə əsasən siyasi partiyalar öz namizədlərini qubernator postuna təklif edə biləcəklər. Bunun üçün onlara imza toplamaq lazım gəlməyəcək. Ancaq namizdlər prezidentlə məsləhətləşmə aparıldıqdan sonra irəli sürüləcək. Müstəqil şəxslərin isə namizəd ola bilmək üçün imza yığmaları lazım gələcək. Seçicilərə həmçinin narazı olduqları qubernatorları səsvermə yolu ilə geri çağırmaq səlahiyyəti verilir.
Son aylar Rusiya xalqının çoxsaylı etiraz mitinqləri Kremli demokratik güzəştlərə getməyə məcbur edir. Ehtimal ki, prezident seçkisi öncəsi bu islahat da bununla bağlıdır.