“İran tabutun son mismarı olacaq”

ABŞ-dan Rusiya və Çinə açıq hədə

Henri Kissincer: “Yeni dünyanın tək super gücü ABŞ olacaq”

ABŞ xarici siyasətinin memarlarından biri, keçmiş dövlət katibi Henri Kissincer dünyada baş verən siyasi proseslər, Yaxın Şərqdə yaşananlar və xüsusən də İranın nüvə proqramı ətrafında yaranmış gərginliklə bağlı açıqlamalar verib. Böyük Britaniyanın “The Daily Squib” nəşrinə danışan Kissincer bildirib ki, ABŞ Çin və Rusiyanın dünayda baş verən proseslərə təsir imkanlarını minimuma endirəcək. İran isə Çin və Rusiya üçün hazırlanmış tabutun son mismarı olacaq.

“Biz Çinə icazə verdik ki, hərbi potensialını artırsın. Rusiyaya isə zaman verdik ki, sovet imperiyasının dağılmasından sonra özünə gələ bilsin. Biz bu ölkələrə özlərini dünyanın super gücü hiss etmələrinə şərait yaratdıq. Bu xəyali super güc əslində onların məhvini tezləşdirdi. Gələcəkdə yaşanacaq müharibə daha çətin olacaq və bu savaşın da qalibi qeyd-şərtsiz ABŞ olacaq. Artıq Avropa da güc mərkəzi olmaq istiqamətində fəaliyyətini intensivləşdirib. Avropa başa düşür ki, var olmaq üçün vahid gücə çevrilməlidir. Avropanın vahid gücə çevrilməsi mənim çoxdankı arzumdur”, – deyə Henri Kissincer bildirib.

Eks dövlət katibi ABŞ-ın yeddi Yaxın Şərq ölkəsini öz siyasi orientasiyasına daxil etdiyini söyləyərək İranın regionda balansı pozduğunu deyib. Kisincerin fikrincə, Yaxın Şərq regionun böyük hissəsiylə bağlı addımlar öncədən hazırlanmış plan üzrə atılacaq. Regonun yarı hissəsindən çoxu İsrailin nəzarətinə keçəcək.

Kissincerin proqnozuna görə, yeni qlobal müharibə dünyanın böyük bir hissəsini əhatə edəcək. ABŞ bununla yeni dünya cəmiyyəti formalaşdıracaq. Yeni formalaşdırılmış dünyanın da tək super gücü ABŞ olacaq: “Birləşmiş Ştatlarda dünyanın  heç bir dövlətində olmayan silahlar var. Zamanı gələndə biz bu silahları bütün dünyaya göstərəcəyik”.

İnformasiya şöbəsi