Mətbuatda Zərdab rayon sakini Hüseynov Şirin Müsəllim oğlunun hamamda çimərkən dünyasını dəyişdiyi barədə məlumat yayılıb. Xəbər APA-ya məxsusdur.
Xəbəri dəqiqləşdirmək üçün Zərdabdakı mənbələrlə əlaqə saxladıq. Mərhumu qonşuları Şirin Hüseynovun dəm qazından yox, ürək çatışmazlığından vəfat etdiyini bildirdilər: “O, qardaşıgilə gəlib. Hamama girib, yuyunub, qüsl alıb və məscidə namaz qılmağa gedəcəyini deyib. Hamamdan çıxandan az sonra isə qəflətən ürəyini tutaraq keçinib”.
Mərhumun yaxınları bildirirlər ki, o, bir müddət əvvəl Bakı şəhərində mənzil alıbmış, bu il məhərrəmlikdən sonra isə evlənməyi planlaşdırıbmış.
Zərdab sakinləri deyirlər ki, mərhumun dəfn mərasiminə Rusiyadan çoxlu adamlar gəlib.
***
Kriminal avtoritet dəm qazından boğuldu
Hüseynov Şirin Müsəllim oğlu hamamda çimərkən dünyasını dəyişib
Zərdab rayon sakini dəm qazından boğularaq ölüb. Zərdab rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, dünən gündüz saatlarında Zərdab şəhərinin Azərbaycan küçəsində yaşayan 1978-ci il təvəllüdlü Hüseynov Şirin Müsəllim oğlu hamamda çimərkən dünyasını dəyişib. İlkin ehtimala görə, Zərdab sakini dəm qaz boğularaq ölüb.
Mərhumun uzun müddət Rusiyada məhkumluq həyatı yaşadığı, cinayət aləmində tanınmış şəxs olduğu bildirilib.
Məlumata görə, Ş. Hüseynov 3-4 ay əvvəl rayona qayıdıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır