4 nəfər həbs edilib
Yanvarın 2-si saat 16:30 radələrində Bülbül prospektində yerləşən gecə klubunda naməlum şəxslər Saatlı rayon sakinləri Nicat Talıbovun sinə nahiyəsində bıçaqla, qardaşı Muradın burnundan yumruqla vuraraq xəsarət yetirib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Toğrul Dəmirov, Famil Hacıyev, Məhəmməd Məmmədov və Elsevər Xanlarov yanvarın 15-də yaxalanıb.
Araşdırmalar davam etdirilir.


