ATƏT Qazaxıstandakı seçkilərə “2” verdi

MDB müşahidəçiləri isə “Əladır!” dedi

Qazaxıstanda keçirilmiş parlament seçkiləri demokratik prinsiplərə uyğun olmayıb, ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu və AŞPA müşahidəçiləri bildiriblər.
ATƏT müşahidəçi missiyasınınrəhbəri, ATƏT Parlament Assambleyasının sədri Joao Soareşin təbirincə, Qazaxıstandakı seçkilər “demokratik seçkilərin fundamental əsaslarına uyğun olmayıb”.
Seçki nəticələrinə əsasən, hakim “Nur Otan” partiyası səslərin 80%-dən çoxunu qazanıb və müvafiq olaraq parlamentdəki yerlərin əksər hissəsinə nəzarət edəcək.
7% həddini eləcə də “Ak Jol” və kommunistlər də keçib.
MDB müşahidəçiləri Qazaxstandakı parlament seçkilərini demokratik seçki kimi dəyərləndiriblər.
Ötən bazar günü Qazaxıstanda parlament seçkiləri keçirilib.
Seçkidə iştirak etmiş seçicilərin sayı 70% həddini keçib.
Seçkilərdə 7 siyasi partiya deputat mandatları uğrunda mübarizə aparır.
2007-ci il parlament seçkilərində prezident Nursultan Nazarbayevin hakim “Nur Otan” partiyası parlamentdə yerlərin 90%-ı qazanmışdı.
Seçkiləri ATƏT, AŞPA, MDB və digər təşkilat və ölkələri təmsil edən 819 beynəlxalq müşahidəçi izləyib.