İraqda partlayışdan ölən şiə zəvvarların sayı 32-ə çatıb. Yüzlərlə yaralı var. Üzərində bomba olan terrorist məscidə gedən zəvvarların içərisinə daxil olaraq özünü partladıb. Hadisə İraqın Bəsrə şəhərində ən böyük şiə məscidinin yaxınlığında baş verib.
Xatırladaq ki, son həftə ərzində İraqda terror nəticəsində 100-dən artıq insan ölüb, 256 nəfər yaralanıb. Partlayışlar ABŞ qoşunlarının İraq ərazisini tərk etməsindən sonra daha da intensivləşib.


