ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edib. Telefon söhbətində Yaxın Şərqdəki vəziyyət, Suriya və İrandakı hadisələr müzakirə olunub.
Ağ Evin açıqlamasında bildirilir ki, Türkiyə və ABŞ liderləri demokratiya tələb edən Suriya xalqının çağırışlarına dəstək ifadə ediblər. Danışıqlarda həmçinin, İranın nüvə proqramı ətrafındakı məsələ və Türkiyənin beynəlxalq ictimaiyyətlə İran arasında danışıqlarda vasitəçi kimi çıxış etmə ehtimalı müzakirə olunub.