Adamın ürəyini yerə atdılar (VİDEO)

Meksikada şok olay baş verdi

Meksikada orqan transplatasiyası əməliyyatı üçün aparılan bir donor ürəyi onu daşıyan səhiyyə işçilərinin əlindən yerə düşüb. Həvəskar kameramanən lentə ala bildiyi bu görüntülər dünya mətbuatında şok olay kimi dəyərləndirilib. Vertolyatla xəstəxanananın həyətinə qədər gətirilən, buzun içində diri saxlanılan ürək vertolyotdan əməliyyat otağına aparılarkən səkiyə toxunan əl arabasından yerə düşür.
Amma başıbəlalı ürək yürdən-yerə çırpılsa da əməliyyat uğurla keçib.

 

İnformasiya şöbəsi