SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov Nobel mükafatından məhrum oluna bilər. Bu tələblə 1991-ci ilin yanvarında Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən teleqüllənin tutulması zamanı həlak olan şəxslərdən birinin oğlu çıxış edib. Robertas Povilaytis bu məqsədlə Norveçdəki Nobel Komitəsinə müraciət ünvanlayıb.
Povilaytis Qorbaçovun SSRİ-nin rəhbəri olan zaman qoşunların hərəkətinə görə məsuliyyət daşıdığını bildirib və onu insanlığa qarşı cinayətlərdə ittiham edib:“Əgər SSRİ silahlı qüvvələri Qorbaçovun əmri olmadan belə hərəkət edirdisə o, sonradan bu əmri verənlərə qarşı cəza tədbirləri görməli idi. Onun sakit dayanması bu hərəkətlərə dəstək verdiyini sübut edir”.