Nazir Dünya Bankının ayırdığı vəsaitləri mənimsəyən şəxsi direktor təyin edib
Binəqədidə yerləşən 18 saylı Bakı Peşə Litseyinin diektoru Rəhim Ağamalıyevlə bağlı ilginc məlumat almışıq. Məlumatda deyilir ki, Rəhim Ağamalıyev əvvəllər Təhsil Nazirliyinin strateji təhlil və kadrların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Həmin vaxt o, Dünya Bankının müəllimlərin təkmilləşdirilməsi üçün ayrılmış 300 min manat vəsaiti qaranlıq məqsədlərə xərcləyib. Məsələnin üstü açılanda təhsil naziri Misir Mərdanov Rəhim Ağamalıyevin həbs olunmaması üçün onu aradan çıxarıb. Rəhim Ağamalıyev təhsil nazirinin yardımı ilə Moskvaya gedib. Və orada hansısa vasitə ilə Azərbaycan səfirliyində işə düzəlib. Ara sakitləşəndən sonra isə Rəhim Ağamalıyev Bakıya qayıdıb. Misir Mərdanov onu 18 saylı peşə litseyinin direktoru vəzifəsinə təyin edib. Məlumatda iddia olunur ki, təhsil nazirinə çox yaxın olan bu şəxs peşə litseyini şəxsi təsərrüfatı kimi idarə edir. Onun litseyə məxsus ərazinin bir hissəsini satdığı bildirilir.
Informasiya şöbəsi