Klintonun müavini Bakıya gəlir

Yanvarın 18-19-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin Azərbaycana səfəri gözlənilir. Bu barədə “Turan”a Amerikadakı diplomatik mənbələrdən bəlli olub.
Amerikanın Azərbaycandakı səfirliyindən də bildirilib ki, E.Rubinin Azərbaycana səfəri gözlənilir. Səfərin vaxtı və məqsədi barədə məlumat verilməyib.
 E.Rubinin səfəri İran-Amerika münasibətlərinin kəskin dövrünə təsadüf edir. Eyni zamanda, ekspertlər hesab edirlər ki, Əfqanıstana NATO yüklərinin daşınması, neft kəmərləri və Xəzərdəki enerji obyektlərinin təhlükəsizliyi ilə bağlı məsələlər gündəlikdə ola bilər. Səfər zamanı ölkədə insan hüquqları, demokratiya, vicdan məhbusları kimi məsələlərin danışıqların gündəliyində olduğu güman edilir.