Kəmalə Xəlilova onu izləyənlər və təhdid edənlərlə bağlı polisə müraciət edəcək
AXCP Qadınlar Şurasının Nizami rayon şöbəsinin sədri, partiyanın fəalı Kəmalə Xəlilova naməlum şəxslər tərəfindən izlənir və təhdidlərə məruz qalır.
Onun sözlərinə görə, yanvarın 10-dan başlayaraq bu təhdidlər açıq xarakter almağa başlayıb: “Məni çoxdan izləyirdilər. Əvvəl fikir vermirdim. Sonra görəndə ki, hər dəfə eyni insanlarla qarşılaşıram, başa düşdüm ki, izlənirəm. Evimə də, mobil nömrəmə də hədələyici zənglər gəlirdi. Gizli nömrədən zəng edirdilər ki, ”sənin o dilini kəsəcəyik, qoparacağıq”. Onu da deyirdilər ki, “Əli Kərimliyə dövlət qurmaq istəyirsiniz, istədiyiniz heç vaxt olmayacaq”. Dünən isə “Facebook”dakı səhifəmə yazıblar ki, “sizi izləyirlər, xəbəriniz olsun”.
K.Xəlilova məsələ ilə bağlı AXCP rəhbərliyinə məlumat verdiyini, bu gün isə polisə müraciət edəcəyini bildirib.