Rusiyada 4 dekabr parlament seçkilərinə görə ölkədə kütləvi etiraz dalğasının güclənməsi və baş nazir Vladimir Putinin istefasının gündəmə gəlməsindən sonra Kreml geri addım atmağa hazırlaşır. “La Stampa” qəzetinin yazdığına görə, keçmiş maliyyə naziri Aleksey Kudrin hökumətlə müxalifət arasında dialoqda vasitəçi missiyasını yerinə yetirir.
Hazırda Rusiyada siyasi tətil elan olunduğunu yazan qəzet bildirir ki, Putin əleyhdarları fevralın 4-də keçiriləcək ümumRusiya mitinqinə hazırlaşır. Təşkilatçılar 4 fevral mitinqinə 1 milyona yaxın insanın qatılmasını planlaşdırır. “La Stampa” artıq Rusiyanın hakim elitasında parçalanma baş verdiyini yazıb: “Seçkilərin nəticələrinin total şəkildə saxtalaşdırılması və cəmiyyətin sərt etirazı hakimiyyətin yuxarı təbəqəsində ciddi fikir ayrılığı yaradıb. Hətta bütün Rusiya patriarxı Kiril hakimiyyəti müxalifətlə dialoqa çağırdı. Və dialoq artıq başlanıb.