AXCP sədri Əli Kərimlinin İctimai Palatanın 8 yanvar sessiyasındakı çıxışı Türkiyə mediasında əks-səda tapıb. Türkiyədə diqqət çəkən Əli Kərimlinin çıxışında saxta erməni soyqırımı iddiasını inkar edənlərə cəza nəzərdə tutan qanun layihəsinə görə Fransa hökumətini, eyni zamanda bu təşəbbüsə seyrçi yanaşdığı üçün rəsmi Bakını tənqid etməsidir.
Türkiyənin tirajlı intrnet qəzetlərindən biri Haberx.com AXCP sədrinin çıxışındakı bu hissəni xəbər hazırlayaraq manşetdən yayıb.
Eyni səpkili xəbər Avropa Birliyi-Türkiyə məlumat şəbəkəsi olan ABHaber.com portalında da yayılıb.
Bunlardan başqa Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəsmi saytı isə çıxışın “Azadlıq” qəzetinin saytında yerləşdirilmiş geniş mətnini Türkiyə türkcəsinə uyğunlaşdırmaqla olduğu kimi yayıb.
İnformasiya şöbəsi