Kim İr Çenin ölümünə “ürəkdən” ağlamayanlara cəza verilir
Şimali Koreyada ölkənin vəfat edən lideri Kim Çen İrin matəm mərasimində iştirak etməyən və iştirak etdiyi halda ağlamayan, kədərlərini “yaxşı” biruzə verməyən vətəndaşlar 6 ay islah-əmək işlərinə cəlb olunacaqlar. Cənubi Koreyanın “Daliy NK” xəbər saytının məlumatına görə, matəm mərasiminin sonuncu günü dekabrın 29-dan başlayaraq Şimali Koreyada “xalq məhkəmələri” başlayıb.
Bu məhkəmələrdə Kim Çen İrin ölümündən sonra hisslərini yetərincə ortaya qoymayanlar, ağlamayanlar sərt tənqidə məruz qalıblar. “Xalq məhkəmələri” yanvarın 8-də başa çatıb.
“Daily NK” xəbər verir ki, Şimali Koreya xanədanlığı haqqında tənqidi fikirlər səsləndirən və bunları yayımlayan şəxslər islah-əmək düşərgələrinə və ya ailələriylə birlikdə yaşadıqları kəndlərdən uzaq iqlim şəraitinin daha sərt olduğu bölgələrə sürgün olunurlar. Saytin istinad etdiyi Şimali Koreyalı mənbə dekabrın 29-dan yanvarın 8-nə kimi keçirilən matəm müddətində bütün sənaye müəssisələrində, ictimai yerlərdə və yaşayış binalarında insanların nəzarət altında saxlandığını bildirib. Mənbə matəm günləri ərzində xalq üzərində qorxu atmosferi yaradıldığını da söyləyib.
“Hər gün səhər 7-dən axşam 7-yə qədər insanların kompakt olduğu yerlərdə, dayancaqlarda, küçə və prospektlərdə xüsusi maşınlar hərəkət edərək ölkənin yeni lideri Kim Yonq Inın “dahi rəhbər”liyi haqqında propoqanda aparır. Texniki peşə, orta və ali məktəblərdə insanlar hakim İşçi Partiyasının tarixi, Kim İr Sen, Kim İr Çen, Kim Yon Inin həyat və fəaliyyətindən bəhs edən dərslərə qatılmağa məcbur edilirlər”, – deyə mənbə söyləyib.
İnformasiya şöbəsi