Paytaxt meri ibadəti nizam-intizamın pozulması kimi qiymətləndirir
Bakı Şəhəri Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iş yerində yeni qadağa tətbiq edib. Bu qadağaya əsasən, şəhər icra hakimiyyətində çalışanlar iş yerlərində namaz qıla bilməz.
Bu barədə “Qafqazinfo” saytı məlumat yayıb. Məlumata əsasən, mer H.Abutalıbov işçilərin bəzilərinin iş yerində namaz qıldığını görüb və bundan ciddi şəkildə əsəbiləşib. Ibadət edən şəxsləri yanına çağıraraq iş vaxtı namaz qılmamaqla bağlı xəbərdarlıq edib. Bakı meri bunu işdə nizam-intizamın pozulması kimi qiymətləndirib. H.Abutalıbov meriyadaxili qərarına etiraz edə biləcək istənilən şəxsi işdən çıxaracağını açıqlayıb. Məsələ ilə bağlı Bakı Şəhər Icra Hakimiyyətinin mövqeyini də öyrənməyə çalışdıq. Lakin gün ərzində meriyaya etdiyimiz zənglər cavabsız qaldı.
Fizzə