Elşad Abdullayevin diplomunun ləğvi təsdiqləndi

Rusiya Təhsil Nazirliyinin bu barədə rəsmi məktubu var

Fransada mühacir həyatı yaşayan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevə verilmiş elmi dərəcə və elmlər doktoru diplomunun ləğv olunması barədə məlumat təsdiqini tapdı.
Bu məlumatı ilk olaraq “Femida 007″ qəzeti məlumat yaymışdı. Məlumatda deyilirdi ki, Elşad Abdullayevin ”Müqayisəli inzibati hüquq” mövzusundakı doktorluq işi ilə bağlı Rusiyada aparılan araşdırma başa çatıb. Araşdırmalar nəticəsində elmi işin plagiat olduğu sübuta yetirilib və Elşad Abdullayevin elmlər doktoru diplomunun ləğvi barədə qərar qəbul edilib.
Bu günlərdə isə Elşad Abdullayevin doktorluq işi ilə bağlı araşdırma aparan “Təzadlar” qəzetinin redaksiyasına Rusiyanın Təhsil Nazirliyindən məktub daxil olub. Məktubda bildirilir ki, bu işlə bağlı araşdırma aparan komissiya elmi işin plagiat olduğunu sübut edib. Və Elşad Abdullayevin doktorluq diplomunun ləğvi ilə bağlı Azərbaycan və Rusiya Ali Attestasiya komissiyalarına məktub ünvanlayıb.
Beləliklə Elşad Abdullayevin doktorluq diplomunun ləğv olunması rəsmən təsdiq olunub.

Informasiya şöbəsi