Azərbaycan iqtisadi azadlıqlara görə regionun ən pisidir

Gürcüstan və Ermənistandan xeyli geri qalan ölkəmiz Zambiya ilə Mərakəşin arasında yer alıb

2011-ci il üzrə dünyada iqtisadi azadlıqların səviyyəsi açıqlanıb. 183 ölkəni əhatə edən iqtisadi azadlıq indeksi ənənəvi olaraq “The Heritage Foundation” beynəlxalq təşkilatının və “The Wall Street Journal” nəşrinin dəstəyilə hazırlanıb.
Azərbaycan siyahıda 92-ci yerdədir. Azərbaycanın qonşuları Gürcüstan 29, Ermənistan isə 36-cı yeri tutub. Azərbaycanın siyahıdakı qonşuları isə Zambiya (91) və Mərakəşdir (93).
İqtisadi azadlıqların ən yüksək səviyyəsi Honq-Konqda qeydə alınıb. Onu ikinci yerdə Sinqapur, üçüncü yerdə Avstraliya təqib edir.
İlk onluğu sonrakı ardıcıllıqla bu ölkələr tamamlayır:
Yeni Zellandiya
İsveçrə
Kanada
İrlandiya
Danimarka
ABŞ
Bəhreyn
Dünya nəhənglərindən Çin 135-ci, Rusiya 143-cü və İran 171-ci yerdə olmaqla iqtisadi azadlıqların bərbad olduğu ölkələr kateqoriyasındadır.