Kosmik raket sürücülərinin diqqətinə: butılkanı çölə atmayın!
NASA həyəcanla bildirir ki, kosmosun hədsiz zibillənməsi üzündən Yer orbitindən kənardakı uçuşlar təhlükəlidir.
Hal-hazırda kosmosda qeydə alınan 13 minə qədər tullantı var ki, onlar həmin təbii səma cismlərinə, həm də kosmosa uçan aparatlar üçün təhlükə doğurur. NASA-nın qeydə aldığı 12851 süni mənşəli tullantıdan 390-ı işləyən və ya sıradan çıxan süni peyklər, 9661-i isə müxtəlif raket hissələri və sair süni tullantılardır. Ölçüləri 1 santimetrdən 10 santimetrə qədər olan zir-zibilin sayı isə 200 mini keçib.
Bu zir-zibilin əhəmiyyətli hissəsi 850-1500 km. Yüksəklikdə olsa da, xeyli hissəsi də kosmik uçuş məkanındadır.
Məsələ burasındadır ki, 600 km.dən aşağıda olan zir-zibil bir neçə il ərzində yanaraq külə çevrilsə də, 1500 km.dən yuxarıda olan tullantıların məhv olması üçün on illər tələb olunur.
12851 qeydə alınmış zibildən 4259-u ABŞ-ın, 4258-i Rusiyanın payına düşür. Zibil yığınından Çinin payına düşənlər isə 2774 ədəddir.
İnformasiya şöbəsi