Bakıda avtobus aşdı: 11 yaralı (SİYAHI)

Bu gün Bakıda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 11 nəfər yaralanıb. Lent.az-ın məlumatına görə, Yeni Suraxanı qəsəbəsi ərazisində baş vermiş qəzadan sonra avtobusun aşması nəticəsində yaralanan şəxslər təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Yaralılar bunlardır:

Məmmədova Şəfiqə – 55 yaş
Məmmədova Zeynəb – 61 yaş
Eyvazov Naiq – 34 yaş
Babayeva İlhamə – 39 yaş
Məmmədov Vüqar – 28 yaş
Rəfiyeva Rəfiqə – 70 yaş
Fərəcova Lamiyə – 32 yaş
Cəfərova İradə – 55 yaş
Dadaşova Mətanət – 31 yaş
Hümbətov Arif – 71 yaş
Hümbətov Mehman – 39 yaş

Yaralılardan 3 nəfər – R.Rəfiyeva, L.Fərəcova və İ.Cəfərovanin vəziyyəti ağır qiymətləndirilir.