“Fransa inkara görə cəza qanununu Avropa Birliyinin gündəminə gətirməməlidir”
Fransanın qondarma erməni soyqırımının inkarını cinayət hesab edən qanun layihəsini milli səviyyədə həyata keçirmək təşəbbüsü davam edərkən, ölkə prezidenti Nikola Sarkozinin bu məsələni Avropa Birliyinə də daşımaq cəhdi Türkiyə ilə Fransa arasında gərginliyi bir az da artırıb. Avropa Parlamentindən buna münasibət bildirilib.
“Fransa inkara görə cəza qanununu Avropa Birliyinin gündəminə gətirməməlidir”. Bunu Avropa Parlamentinin sədri Yerji Buzek bəyan edib.
Türkiyənin “İhlas” xəbər agentliyinə müsahibə verən Yerji Buzek məsələnin Türkiyə ilə Fransa arasında həll edilməli olduğunu deyib: “Bu məsələni iki ölkənin qarşılıqlı anlayışına buraxmaq lazımdır” .